Son 5 ildə aliment işlərinin sayı təxminən 10 minədək artıb və 2025-ci ildə icraatda 141 min aliment işi olub.
Modern.az xəbər verir ki, bunu “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmədə Ədliyyə nazirinin müavini Toğrul Hüseynov bildirib.
Nazir müavini bildirib ki, 2025-ci ildə aliment ödəməkdən yayınan 4299 borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Onlardan 3083 halda məhkəmələr tərəfindən inzibati tənbeh tətbiq olunmuş, 2344 nəfər isə inzibati qaydada həbs edilib. Həmçinin 286 halda cinayət məsuliyyətinə cəlb etmə barədə təqdimat verilmiş, 235 halda cinayət işi başlanmışdır.