Modern.az

Sərnişinlərin nəzərinə! - Sürət qatarının hərəkət qrafiki dəyişdirilir

Sərnişinlərin nəzərinə! - Sürət qatarının hərəkət qrafiki dəyişdirilir

Aktual

Bu gün, 16:35

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Beynəlxalq Qadınlar Gününü ilə bağlı sərnişinlərə müraciət edib.

ADY-dən Modern.az-a verilən məlumata görə, 8 Mart - Beynəlxalq Qadınlar Gününün bazar gününə düşməsi ilə əlaqədar 9 mart bazar ertəsi qeyri-iş günü kimi təsdiqlənib.

"Bu səbəbdən 7, 8 və 9 mart tarixlərində Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutları üzrə qatarlar şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcəklər", - məlumatda qeyd olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranı BOMBARDMAN EDİR - Yüzlərlə ölü var