Modern.az

AZAL Ciddədən 209 vətəndaşı Bakıya təxliyə edir

AZAL Ciddədən 209 vətəndaşı Bakıya təxliyə edir

Aktual

Bu gün, 18:45

Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar uçuşları ləğv edilmiş Azərbaycan vətəndaşlarının Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilir.

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib.

Belə ki, AZAL-a məxsus "Boeing 787 Dreamliner" tipli təyyarənin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir. Təxliyə reysi ilə ümumilikdə 209 vətəndaşın ölkəyə qayıdışı təmin olunur.

Hazırda AZAL milli aviadaşıyıcı olaraq müvafiq qurumlar tərəfindən müəyyən edilmiş prosedurlara uyğun şəkildə reyslərin təhlükəsiz və planlı icrasını həyata keçirir.

Qeyd edək ki, yaxın günlərdə Yaxın Şərqin digər istiqamətlərindən Bakıya əlavə təxliyə reyslərinin təşkili planlaşdırılır.

Əlavə suallar yarandığı təqdirdə, vətəndaşlar [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranı BOMBARDMAN EDİR - Yüzlərlə ölü var