Modern.az

Azərbaycanlı itkinlərin sayı nə qədərdi? - Dövlət Komitəsi AÇIQLADI

Azərbaycanlı itkinlərin sayı nə qədərdi? - Dövlət Komitəsi AÇIQLADI

Aktual

Bu gün, 11:36

Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş azərbaycanlıların sayı açıqlanıb.

Modern.az-ın sorğusuna cavab olaraq Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, 01.01.2026-cı il tarixə olan məlumata əsasən, Komissiyada ümumilikdə 4004 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Məlumata görə, itkin düşənlərin 3998 nəfəri I Qarabağ müharibəsi, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük II Qarabağ müharibəsi zamanı itkin düşüb.

Qeyd olunub ki, itkin düşmüş şəxslərdən 3223 nəfəri hərbçi, 781 nəfəri isə mülki şəxsdir.

Mülki şəxslər arasında 71 nəfər yetkinlik yaşına çatmamış uşaq, 287 nəfər qadın, 319 nəfər isə yaşlı şəxsdir.

Dövlət Komissiyası itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlərin davam etdirildiyini də diqqətə çatdırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran Naxçıvanı vurdu - Gündəm Masada