Modern.az

Neftçalanın icra başçısı səyyar görüş keçirib - FOTOLAR

Neftçalanın icra başçısı səyyar görüş keçirib - FOTOLAR

Aktual

Bu gün, 11:44

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Həsənəbad qəsəbəsinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Modern.az xəbər verir ki, ilk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Səyyar qəbul zamanı Həsənəbad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində qəsəbə ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.

Çıxış edən natiqlər “Mehriban xanım Əliyeva müasir Azərbaycan qadınının örnək obrazı, xeyirxahlıq və mərhəmət simvoludur” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycanın qədim tarixinin səhifələrinə nəzər yetirdikdə, cəmiyyətimizin inkişafının bütün mərhələlərində qadınların kişilərlə bərabər şəkildə dövlət quruculuğu, siyasi qərarların verilməsi, mədəni proseslərin təşkili və tərəqqisində mühüm rol oynadığını görürük. Müasir Azərbaycan cəmiyyətində qadınların rolu, ictimai fəallığı və dövlət idarəçiliyində iştirakı ildən-ilə genişlənir. Bu inkişafın ən parlaq nümunələrindən biri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ictimai-siyasi xadim Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti və yüksək mənəvi keyfiyyətləridir. Onun fəaliyyəti müasir Azərbaycan qadınının həm milli dəyərlərə bağlı, həm də qlobal düşüncəli obrazını formalaşdırır. Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın ictimai, mədəni və humanitar sahələrdəki çoxşaxəli fəaliyyəti, xeyirxahlıq missiyası və mədəni irsimizin dünyada tanıdılması istiqamətində gördüyü genişmiqyaslı işlər onu təkcə ölkəmizin deyil, həm də beynəlxalq miqyasda nüfuzlu bir sima kimi tanıdır.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Mehriban xanım Əliyeva müasir Azərbaycan qadınının parlaq nümunəsi, yüksək mənəvi dəyərlərin, xeyirxahlıq və mərhəmətin təcəssümüdür. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm yer tutur. Mehriban xanım Əliyeva humanizm prinsiplərinə əsaslanan təşəbbüsləri, sosial layihələri və mədəni irsin qorunmasına yönələn fəaliyyəti ilə cəmiyyətimizdə böyük rəğbət qazanıb. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm layihələr həyata keçirir. Fondun təşəbbüsü ilə ölkəmizdə və xaricdə məktəblər, uşaq bağçaları və tibb müəssisələri tikilir və əsaslı təmir olunur, tarixi-dini abidələr bərpa edilir, mədəniyyət və incəsənət tədbirləri təşkil edilir.

Heydər Əliyev Fondu həmçinin humanitar aksiyalar, xeyriyyə proqramları və sosial müdafiəyə ehtiyacı olan ailələrə dəstək layihələri ilə cəmiyyətin həssas təbəqələrinə daim diqqət və qayğı göstərir. Fondun fəaliyyəti nəticəsində minlərlə insan tibbi yardım alıb, uşaqların təhsilə çıxışı yaxşılaşdırılıb, milli mədəniyyətimizin beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm addımlar atılıb.

RİH-in başçısı qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə ölkəmizin davamlı inkişaf strategiyasını uğurla həyata keçirərək dövlətimizin qüdrətinin artmasına, siyasi sabitliyin möhkəmlənməsinə və sosial-iqtisadi tərəqqinin təmin olunmasına nail olub. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirib, milli maraqların qorunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edib. Mehriban xanım Əliyeva və Prezident cənab İlham Əliyevin fəaliyyəti qarşılıqlı vəhdət təşkil edərək Azərbaycanın tərəqqisinə, xalqımızın rifahının yüksəldilməsinə və milli dəyərlərimizin qorunmasına xidmət edir. Onların həyata keçirdiyi məqsədyönlü siyasət və sosial təşəbbüslər dövlətimizin gələcək inkişafının möhkəm təməlini təşkil edir.

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.

Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qəsəbə daxili yolun təmiri, qəsəbə ərazisinə içməli su xəttinin çəkilməsi, Şəmsəddin Orucov adına tam orta ümumtəhsil məktəbinin əsalı təmir olunması, işlə təmin olunma  və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" //rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

 

Neftçalanın icra başçısı səyyar görüş keçirib - FOTOLAR

Neftçalanın icra başçısı səyyar görüş keçirib - FOTOLAR

Neftçalanın icra başçısı səyyar görüş keçirib - FOTOLAR

Neftçalanın icra başçısı səyyar görüş keçirib - FOTOLAR

Neftçalanın icra başçısı səyyar görüş keçirib - FOTOLAR

Whatsapp
Bizə yazın!
Keçid et
İran Naxçıvanı vurdu - Gündəm Masada