Modern.az

İsrail də Azərbaycana dron hücumunu pislədi

İsrail də Azərbaycana dron hücumunu pislədi

Aktual

Bu gün, 15:48

İsrail XİN rəhbərinin müavini Şaren Haskel "X" sosial şəbəkəsinə İrandan Azərbaycana edilən dron hücumunu pisləyib.

Modern.az-ın məlumatına görə, Şaren Haskel qeyd edib ki, İsrail İranın Azərbaycanın Naxçıvan Beynəlxalq hava limanına pilotsuz uçuş aparatları ilə zərbə endirməsini pisləyir.

"Naxçıvandakı hadisə İran rejiminin təcavüzkar siyasətinin bariz nümunəsidir", - o qeyd edib.

Şaren Haskelin sözlərinə görə, beynəlxalq birlik bu təhlükəyə qarşı biganə qalmamalıdır.

Qeyd edək ki, martın 5-də İrandan Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentdən SƏRT ÇIXIŞ - Şərəfsizlər peşman olacaq! Ordumuz hazırdır