Modern.az

Dünya Naxçıvana hücumu pisləyir - ÖLKƏLƏR

Dünya Naxçıvana hücumu pisləyir - ÖLKƏLƏR

Aktual

Bu gün, 17:59

Martın 5-də İran ərazisindən buraxıldığı bildirilən pilotsuz uçuş aparatlarının Azərbaycanın Naxçıvan Muxtar Respublikasında mülki infrastrukturu hədəfə alması beynəlxalq səviyyədə reaksiyalara səbəb olub. Belə ki, İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayonunun Şəkərabad kənd tam orta məktəbinin yaxınlığına düşərək partlayıb. Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikasından qısa müddətdə məsələyə aydınlıq gətirilməsini, izahat verilməsini və bu kimi halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsini tələb edib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi isə hərbi zərurət olmadan İran silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pislədiyini bildirib. Nazirlik qeyd edib ki, baş verən hadisəyə görə məsuliyyət İranın üzərinə düşür və bu hücumlar cavabsız qalmayacaq.

Hadisədən sonra bir sıra ölkələr və beynəlxalq aktorlar bu hücumu pisləyərək Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə ediblər.

Modern.az bu ana qədər İranın Azərbaycana qarşı dron hücumunu pisləyən ölkələri təqdim edir:

- Türkiyə

- Fransa

- Ukrayna

- Səudiyyə Ərəbistanı

- Böyük Britaniya

- Küveyt

- İsrail

Qeyd edək ki, Azərbaycan tərəfi hücumla bağlı İrana rəsmi etiraz notası təqdim edib və baş verənləri beynəlxalq hüququn norma və prinsiplərinin pozulması kimi qiymətləndirib. Tehran isə öz növbəsində hücumda iştirakını rəsmən inkar edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentdən SƏRT ÇIXIŞ - Şərəfsizlər peşman olacaq! Ordumuz hazırdır