Modern.az

Salyanda "Bədən tərbiyəsi və İdman Günü" - FOTO

Salyanda "Bədən tərbiyəsi və İdman Günü" - FOTO

Aktual

Bu gün, 16:50

Bu gün 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş Salyan rayon Olimpiya İdman Kompleksində tədbir keçirilib. 

Modern.az xəbər verir ki, tədbirdə Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, rayonun hüquq-mühafizə örqanlarının rəhbərləri, idman məktəblərinin kollektivləri və gənc idmançılar iştirak ediblər. Tədbirdə Salyan rayonunu təmsil edən ümumilikdə 200-ə yaxın yeniyetmə və gənc idmançının idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışları izlənilib.

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov dövlətin idmana olan qayğısı, bədən tərbiyəsinin inkişafı və gənclərin idmana cəlb olunması istiqamətində görülən tədbirlərdən danışıb, idmançıları 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, idmanın inkişafında və gələcək yarışlarda onlara uğurlar arzulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Prezidentdən SƏRT ÇIXIŞ - Şərəfsizlər peşman olacaq! Ordumuz hazırdır