Modern.az

Türk Dövlətləri Təşkilatı Azərbaycana dron hücumunu pisləyib

Türk Dövlətləri Təşkilatı Azərbaycana dron hücumunu pisləyib

Aktual

5 Mart 2026, 23:45

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Azərbaycanın Naxçıvan Muxtar Respublikasında mülki obyektlərə qarşı həyata keçirilən dron hücumlarını qəti şəkildə pisləyib.

 

Modern.az xəbər verir ki, TDT-nin yaydığı bəyanatda bildirilib ki, hücumlar İran ərazisindən həyata keçirilib və mülki infrastrukturu hədəfə alıb.

 

Baş katib belə hadisələrin təkrar olunmamasının vacibliyini vurğulayıb və regionda gərginliyin daha da artmasının qarşısını almaq üçün tərəfləri təmkinli olmağa çağırıb.

 

Bəyanatda həmçinin Türk Dövlətləri Təşkilatının Katibliyinin Azərbaycan hökuməti və qardaş Azərbaycan xalqı ilə tam həmrəylik nümayiş etdirdiyi qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Əliyevlə Ərdoğan İranın hücumunu müzakirə etdi