Modern.az

Azərbaycanla Türkiyə generalları İranın hücumunu müzakirə etdilər

Azərbaycanla Türkiyə generalları İranın hücumunu müzakirə etdilər

Aktual

Bu gün, 00:01

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin və Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisləri ordu generalı Selçuk Bayraktaroğlu və general Qabor Böröndi arasında telefon danışıqları olub. Danışıqlar Türkiyə və Macarıstanlı həmkarların təşəbbüsü ilə baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlıq, habelə regiondakı vəziyyət və təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.

 

İran İslam Respublikasının silahlı qüvvələrinin pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının ərazisindəki mülki infrastruktura edilən hücumlara toxunan baş qərargah rəisləri, bunun beynəlxalq hüquq normalarına zidd olduğunu xüsusilə qeyd ediblər.

 

Həmçinin, Səudiyyə Ərəbistanı Krallığının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili Azərbaycandakı hərbi attaşesi vasitəsilə ölkəsinin bu tip hücumlara qarşı olduğunu diqqətə çatdıraraq hər zaman zəruri dəstək verməyə hazır olduğunu bildirib.

 

General-polkovnik Kərim Vəliyev tutduqları mövqeyə və göstərdikləri dəstəyə görə həmkarlarına minnətdarlığını ifadə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Əliyevlə Ərdoğan İranın hücumunu müzakirə etdi