İtaliya Ukraynanın bərpasında aparıcı rol götürməyə hazırdır.
Modern.az xəbər verir ki, İtaliyanın Baş naziri Corcia Meloni Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb və Romanın münaqişə başa çatdıqdan sonra Ukraynanın bərpasına yardım məsələsində əsas rol oynayacağını bildirib.
Məlumata görə, Meloni Zelenskiyə İtaliyanın bu prosesdə mühüm iştirak edəcəyinə dair təminat verib.
“Meloni Ukrayna xalqı ilə İtaliyanın həmrəyliyini təsdiqləyib və İtaliyanın Ukraynanın bərpası prosesində aparıcı rol oynayacağını bildirib” - Zelenski qeyd edib.