Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İranın dron hücumu fonunda ölkə Prezidentinin tapşırıqları əsasında "1 nömrəli səfərbərlik" məsələsinə aydınlıq gətirib.
Modern.az xəbər verir ki, nazirlik sosial şəbəkə hesabında bununla bağlı bildirib:
“1 nömrəli səfərbərlik – silahlı qüvvələr tam döyüş hazırlığına gətirilir, ehtiyatda olan hərbi qulluqçuların çağırılması həyata keçirilir, hərbi hissələr döyüş mövqelərinə və ya təyin olunmuş ərazilərə çıxarılır”.
Xatırladaq ki, ötən gün Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövət başçısı iclasda tapşırıq verib:
"Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar".