Modern.az

Azərbaycan-Moldova siyasi məsləhətləşməsi keçiriləcək 

Azərbaycan-Moldova siyasi məsləhətləşməsi keçiriləcək 

Aktual

Bu gün, 13:36

2026-cı ilin ikinci yarısında Azərbaycanla Moldovanın Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçiriləcək. 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoi ilə Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.

"Demək olar ki, ya beynəlxalq, ya da ölkəmizdə keçirilən tədbirlərdə yüksək səviyyəli görüşlər baş tutur. Biz də hər fürsətdə görüşüb ikitərəfli münasibətləri müzakirə edirik", - deyə Ceyhun Bayramov əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada