Modern.az

Moskvada səfirliyimizə aid avtomobil qəzaya uğradı

Moskvada səfirliyimizə aid avtomobil qəzaya uğradı

Aktual

7 Mart 2026, 23:27

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan səfirliyinə məxsus avtomobil qəzaya düşüb.

Bu barədə Modern.az-a Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, 7 mart tarixində təqribən saat 17:00 radələrində Moskva şəhərində yerləşən Columbus ticarət mərkəzindən əsas yola çıxarkən gözləmə nişanının tələblərinə baxılmamış və bu zaman əsas yol ilə gələn avtomobil səfirliyin diplomatik nömrəli avtomobilini arxadan vurub.

Beləliklə avtomobil inersiya nəticəsində Prajskaya metrosunun çıxışının giriş qapılarının birinə dəyib. Döngə ilə metronun çıxışı arasında məsafənin az olması səbəbindən avtomobil qapıya çırpılıb.

Baş vermiş hadisə zamanı heç bir şəxs xəsarət almayıb. Avtomobili diplomatın həyat yoldaşı idarə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV