Modern.az

Bütün Azərbaycan xanımlarına TƏBRİK

Aktual

Bu gün, 11:56

Əziz xanımlar,

başda Şəhid ana-bacıları, Şəhidlərin həyat yoldaşları, qızları olmaqla hamınızı təbrik edirəm.

BAYRAMINIZ MÜBARƏK.

Üzünüzdən təbəssüm, qəlbinizdən sevgi, həyatınızdan xoşbəxtlik əskik olmasın.

Xanım sevgi ünvanıdır, xanım gözəllikdir, o, hər an yalnız və yalnız sevilməyə layiqdir.

Xanım anadır, hər birimizin ilk tanıdığı səs, ilk bildiyi qoxu, daddır. Hamımızı ilk isidən nəfəsdir.

Xanım bacıdır, dərdinə yananındır.

Xanım həyat yoldaşıdır, ömrün uzunu nazını, qayğını çəkən yol yoldaşıdır.

Xanım övladdır, səni sonadək sevəcək varlıqdır.

Xanım əsl dostdur, sirdaşdır, çətin gündə sükutunu belə anlayandır.

Uşağın xarakteri, düşüncəsi və gələcəyinin əsas bünövrəsini ana sevgisi, ana qayğısı qoyur. Bir millətin ruhu, mədəniyyəti, mənəviyyatı, hər şeyi ana tərbiyəsindən başlayır.

Əziz və müqəddəs Şəhidlərimizin analarını, həyat yoldaşlarını, bacılarını və qızlarını hörmət və ehtiramla salamlayırıq. Siz bu torpağın ən böyük sərvəti, qürurusunuz. Səbrin adısınız. Bu Vətənin şərəfli yadigarısınız.

Millətin ruhu, mədəniyyəti, mənəviyyatı ana tərbiyəsindən başlayır, dedik. Anaların böyütdüyü igidlər sayəsində torpaqlarımız azad, bayrağımız qürurlu, xalqımız güclüdür.

Sevgili xanımlar, siz bu millətin zərif və şərəf gücüsünüz.

Sizin varlığınız evə nur, ailəyə bərəkət, cəmiyyətə mədəniyyət, gələcəyə ümid gətirir.

Azərbaycan qadını hər zaman mərhəmətin, sədaqətin, ləyaqətin və məhəbbətin simvolu olub.

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə hər birinizə böyük ehtiramla, Bayramınız mübarək olsun!

 

Sizə yeni x var
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV