Gəncə şəhəri ərazisində baş verən ağır yol qəzasında 11 nəfər xəsarət alıb. Hadisə nəticəsində Şah İsmayıl Xətai prospektində" VAZ-21010" və "Great Wall" markalı avtomobillər toqquşub.
Məlumata görə, 2009-cu il təvəllüdlü Ə.Bağırov, 2007-ci il təvəllüdlü İ.Yusibov, 1975-ci il təvəllüdlü A.Musazadə, 2009-cu il təvəllüdlü N.Musazadə, 2006-cı il təvəllüdlü A.Rəhimov, 2011-ci il təvəllüdlü A.Musazadə və 1977-ci il təvəllüdlü V.Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Modern.az xəsarət alanların son durumu barədə məlumat əldə etmək üçün TƏBİB-ə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, 6 nəfər ( 3 kişi, 3 qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd edilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Məlumat üçün bildirək ki, faktla bağlı araşdırma aparılır.