Modern.az

Avtoxuliqanlıq edən sürücü həbs olundu

Avtoxuliqanlıq edən sürücü həbs olundu

Aktual

Bu gün, 19:49

Balakəndə avtoxuliqanlıq edən sürücü həbs olunub.

Modern.az xəbər verir ki, Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə avtoxuliqanlıq edən sürücü Elnur Yusubov saxlanılıb.

O, idarə etdiyi nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.

Həmin şəxs barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə

E.Yusubovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 23 sutka inzibati qaydada həbs olunub.

Sizə yeni x var
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı