Modern.az

Samuxda Novruz tədbiri - FOTO

Samuxda Novruz tədbiri - FOTO

Aktual

Bu gün, 19:30

Samux şəhərindəki "Qoşqar" şadlıq sarayında Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid ailələri, müharibə əlilləri və aztəminatlı ailələr üçüm Novruz bayramı münasibətilə tədbir təşkil olunub.

 

Modern.az xəbər verir ki, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və aztəminatlı ailələrin övladları iştirak ediblər.

 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətənin igid övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev Novruz bayramı münasibətilə iştirakçıları səmimi qəlbdən təbrik edib, bu qədim bayramın xalqımızın milli-mənəvi dəyərlərini, birlik və həmrəyliyini təcəssüm etdirdiyini vurğulayıb. O, həmçinin dövlət tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının daim prioritet məsələlərdən biri olduğunu qeyd edib.

 

Bayram tədbiri iştirakçılara, xüsusilə də uşaqlara xoş əhvali-ruhiyyə və əsl bayram ovqatı bəxş edib. Tədbirdə Novruz adət-ənənələrini əks etdirən səhnəciklər nümayiş olunub, Kosa və Keçəl obrazlarının iştirakı ilə maraqlı əyləncəli proqram təqdim edilib.

Sizə yeni x var
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı