Paytaxtdakı "xruşovka"ların dəqiq statistikası aparılmayıb, lakin təqribi hesablamalara görə 4 minə yaxın belə tikili mövcuddur".
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə bu tikililərdən təqribən 1 500-ə yaxını söküləcək:
"Təbii ki, bütün "xruşovka"lar bir anda sökülməyəcək, iş mərhələli şəkildə həyata keçiriləcək. Söküntü layihələri adətən tikililərin tipi ilə deyil, istismar müddəti və mərtəbə sayı əsasında qruplaşdırılır.
"Xruşovka"lar bazarda hələ uzun müddət alqı-satqı predmetləri olaraq qalacaq. Hazırda bazarda bu binaların qiymətləri digər tikililərə nisbətən yüksəkdir və söküldükdən sonra onların yerində inşa olunacaq yeni tikililər qiymət baxımından daha çox olacaq.
Ən çox bu tip binalar Yasamal, Nəsimi, Xətai rayonlarında, qismən isə Nərimanov rayonunda yerləşir. Burada yerləşən ərazilər mərkəzi və infrastrukturu inkişaf etmiş bölgələr olduğu üçün söküntü və yenidənqurma işləri əhəmiyyətlidir". (baku.ws)