Modern.az

Ceyhun Bayramov Ər-Riyadda

Ceyhun Bayramov Ər-Riyadda

Aktual

18 Mart 2026, 23:00

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

 

Ceyhun Bayramovu Kral Xalid Beynəlxalq Hava Limanında bu ölkənin xarici işlər nazirinin müavini Vəlid əl-Xarici qarşılayıb.

 

Qeyd edək ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı