Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi bu il də öz ənənəsinə sadiq qalaraq Novruz bayramı münasibəti ilə əməkdaşlarla görüş keçirib.
Modern.az xəbər verir ki, görüşdə Komitənin sədri Afaq Qasımova xalqımızın milli bayramı olan Novruz bayramı münasibətilə əməkdaşları universitet rəhbərliyi və öz adından təbrik edərək, onlara cansağlığı, səadət və işlərində uğurlar, xalqımıza əmin-amanlıq arzulayıb.
Daha sonra Universitetin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə bir qrup əməkdaşa Novruz hədiyyə kartları təqdim olunub.
Ali təhsil ocağının əməkdaşları onlara göstərilən diqqət və qayğıya görə universitetin rektoru Yusif Yusibova və Həmkarlar ittifaqı Komitəsinin sədri Afaq Qasımovaya öz təşəkkürlərini bildiriblər.