Modern.az

Rəşad Nəbiyev Qobustanda vətəndaşları qəbul edib - FOTO

Rəşad Nəbiyev Qobustanda vətəndaşları qəbul edib - FOTO

Aktual

Bu gün, 12:05

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 19 mart tarixində Qobustan şəhərində Şamaxı və Qobustan rayonlarının sakinlərini qəbul edib.

Modern.az xəbər verir ki, görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda mart ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

keçirilib.

Nazir Rəşad Nəbiyev Qobustanda vətəndaşları qəbul edib - FOTO

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı