Modern.az

Abşeron RİH iftar süfrəsi açdı - FOTOLAR

Abşeron RİH iftar süfrəsi açdı - FOTOLAR

Aktual

Bu gün, 13:55

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinə iftar süfrəsi açılıb.

Modern.az xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı Rizvan Nəbiyev, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, rayonun idarə rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları iştirak edib.

RİH başçısının birinci müavini Yusif Sadıqov çıxış edərək tədbir iştirakçılarını qarşıdan gələn müqəddəs Ramazan və Novruz bayramları münasibəti ilə təbrik edib. Qeyd edilib ki, xalqımız özünün adət-ənənələrini və bayramlarını yaşadaraq tarixin sınaqlarından çıxarmış, ildən-ilə, nəsildən-nəsilə ötürərək qoruyub saxlamışdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş, islam dünyasının önəmli bir parçasına çevrilmişdir.

Sonra çıxış edən Milli Məclisin üzvü Rizvan Nəbiyev qeyd edib ki, artıq 6 ildir Ramazan və Novruz bayramı müstəqil və bütöv Azərbaycanda qeyd olunur. Soydaşlarımızın işğaldan azad olunmuş yurdlarımızda böyük qürur və iftixar hissi ilə bu bayramları qarşıladıqlarını söyləyən deputat vurğulayıb ki, ordumuzun qüdrəti günü–gündən güclənir və o, istənilən təxribatın qarşısını yerindəcə almağa qadirdir.

Daha sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova və ilahiyyatçı Hacı Rasim Xudaverdiyev çıxış edərək Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi şərəfli qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən danışmış, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz ruhlarına dualar oxumuş, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini vurğulamış və bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə etmişlər.

Abşeron RİH iftar süfrəsi açdı - FOTOLAR

Abşeron RİH iftar süfrəsi açdı - FOTOLAR

Abşeron RİH iftar süfrəsi açdı - FOTOLAR

Abşeron RİH iftar süfrəsi açdı - FOTOLAR

Abşeron RİH iftar süfrəsi açdı - FOTOLAR

Abşeron RİH iftar süfrəsi açdı - FOTOLAR

Abşeron RİH iftar süfrəsi açdı - FOTOLAR

Abşeron RİH iftar süfrəsi açdı - FOTOLAR

Whatsapp
Bizə yazın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı