Modern.az

Xocalıda Novruz və Ramazan bayramları qeyd olunub - FOTO  

Xocalıda Novruz və Ramazan bayramları qeyd olunub - FOTO  

Aktual

Bu gün, 15:06

Martın 19-da Xocalı şəhərində Novruz və Ramazan bayramları münasibətilə konsert şənliyi keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, şəhərin mərkəzi parkında təşkil olunan bayram tədbirində Xocalı şəhərinə, eləcə də rayonun kəndlərinə köç edən sakinlər böyük coşqu ilə iştirak ediblər.

Bayram ab-havası ilə zəngin olan tədbirdə yerli sənətçilər tərəfindən musiqilər ifa olunub. Konsert proqramı çərçivəsində şagirdlər də səhnəyə çıxaraq, rəngarəng çıxışlar nümayiş etdiriblər. Onların təqdim etdiyi səhnəciklər və milli ruhda ifalar tədbirə xüsusi rəng qatıb.

Milli adət-ənənələrə uyğun şəkildə təşkil olunan bayram şənliyində səməni qurulub, Novruzun rəmzləri nümayiş etdirilib. Birlik və həmrəylik ovqatının hiss olunduğu tədbir, iştirakçılarda doğma yurda qayıdışın sevincini daha da artırıb.Qeyd edək ki, bayram tədbiri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı