Modern.az

Azərbaycan XİN-dən Rusiyaya xəbərdarlıq: İzahat gözləyirik!

Azərbaycan XİN-dən Rusiyaya xəbərdarlıq: İzahat gözləyirik!

Aktual

Bu gün, 16:04

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova son mətbuat brifinqi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı səsləndirdiyi fikirinə dair suala cavab verərkən, mövzu ilə heç bir əlaqəsi olmayan şəkildə Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin adını hallandırmağa cəhd etməsi qəbuledilməzdir.

Modern.az xəbər verir ki, bu barədə Azərbyacan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin adının bu şəkildə xatırlanması onun irsinə və Azərbaycan xalqına qarşı hörmətsizlikdir:

"Bu cür açıqlamalar rəsmi nümayəndədən gözlənilən standartlara uyğun gəlmir. Diplomatiya gərginliyi artıran və etibarlılığı zədələyən yersiz bəyanatlar deyil, intizam, dəqiqlik və məsuliyyət tələb edir. Rusiya tərəfindən bu açıqlama ilə bağlı izahat gözləyirik".

Sizə yeni x var
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı