Modern.az

Konstitusiyada Azərbaycanın təhdid olunduğunu ETİRAF ETDİ

Konstitusiyada Azərbaycanın təhdid olunduğunu ETİRAF ETDİ

Aktual

Bu gün, 13:48

Ermənistanın heç vaxt qonşu ölkələrə qarşı ərazi iddiaları olmamalıdır.

Modern.az erməni KİV-ə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib.

Spiker qeyd edib ki, Ermənistanın heç vaxt qonşularına qarşı ərazi iddiaları olmamalıdır.

"Biz regionda elə münasibətlər qurmalıyıq ki, heç bir ölkə digərinə hücum etmək barədə düşünməsin. Regionumuzda sülhü təmin etmək və müharibənin qarşısını almaq üçün əlimizdən gələn hər şeyi etməliyik", - o vurğulayıb.

Simonyan əlavə edib ki, Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsi yalnız ölkənin maraqları ilə şərtlənir:

"Mən Ermənistanın maraqları barədə düşünürəm. Ermənistan isə heç kimə ölkəni regionda təhdid hesab etməyə əsas verməyən Konstitusiyanın olmasında maraqlıdır".

Xatırladaq ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV