Modern.az

Bakıda bu yolda sürət həddi dəyişdi

Bakıda bu yolda sürət həddi dəyişdi

Aktual

Bu gün, 13:07

Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub.

"Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir",- deyə məlumatda qeyd edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV