Modern.az

Quba-Xınalıq yolu bağlandı

Quba-Xınalıq yolu bağlandı

Aktual

Bu gün, 11:28

Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunda uçqun baş verib.

Modern.az-ın məlumatına görə, yolun dağlıq hissəsində baş verən uçqun nəticəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.

Hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb, avtomobillər yolda qalıb.

Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub, yolun açılması istiqamətində işlər aparılır.

Sürücülərə və vətəndaşlara həmin istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları tövsiyə edilir.(APA)

Sizə yeni x var
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi