Modern.az

Dövlət Komitəsində Böyük Qayıdış prosesi müzakirə olundu

Dövlət Komitəsində Böyük Qayıdış prosesi müzakirə olundu

Aktual

Bu gün, 15:14

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Komitədən Modern.az-a verilən məlumata görə, görüşdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinin cari vəziyyəti, vətəndaşların müraciətlərinin cavablandırılması və gələcək fəaliyyət planı geniş müzakirə olunub.

İclasda İctimai Şuranın sədri Anar Xəlilovun cari fəaliyyət dövründə görülən işlər barədə hesabatı dinlənilib.

Belə ki, işğaldan azad edilmiş ərazilərə qayıtmaq istəyən vətəndaşlardan daxil olan müraciətlərin qeydiyyatı və cavablandırılması mexanizmləri nəzərdən keçirilib, qayıdış zamanı sosial ədalət prinsiplərinin qorunması və vətəndaş məmnuniyyətinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Həmçinin köç prosesi ilə bağlı yaranan sualların yerində cavablandırılması üçün keçirilən görüşlərin səmərəliliyi qeyd edilib.

İclasda iştirak edən Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov İctimai Şuranın fəaliyyətini yüksək qiymətləndirərək, dövlət-vətəndaş cəmiyyəti münasibətlərinin vacibliyinə toxunub. O bildirib ki, İctimai Şura üzvlərinin rəy və təklifləri qayıdış prosesinin daha da təkmilləşdirilməsində mühüm rol oynayır.

Fuad Hüseynov həmçinin qurumun gələcək hədəflərindən və qarşıda duran strateji vəzifələrdən danışıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!