Modern.az

54 ildən sonra aya ilk uçuş gerçəkləşdi

54 ildən sonra aya ilk uçuş gerçəkləşdi

Aktual

Bu gün, 07:29

54 illik fasilədən sonra ilk dəfə NASA-nın Artemis II missiyası aya yola düşüb.

Modern.az-ın məlumatına görə, dörd astronavt Kennedi Kosmik Mərkəzindən “Orion” kosmik gəmisi ilə missiyaya başayıblar. On günlük missiyada NASA astronavtları Reyd Vayzmən, Viktor Qlover, Kristina Kox və Kanada Kosmik Agentliyinin astronavtı Ceremi Hansen iştirak edir. Onlar 10 günlük missiya çərçivəsində Ay ətrafında uçuş aparacaq, “Orion” gəmisinin sistemlərini kosmos şəraitində sınaqdan keçirəcək və Yerə qayıdacaqlar.

Qeyd olunur ki, “Artemis 2” missiyası “Artemis” Ay proqramı çərçivəsində ilk pilotlu missiya və son onilliklərdə insanların Ay ətrafında ilk uçuşu olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!