Modern.az

Sumqayıtda 1000-dən çox abonentin qazı KƏSİLƏCƏK

Sumqayıtda 1000-dən çox abonentin qazı KƏSİLƏCƏK

Aktual

Bu gün, 10:28

Sumqayıt şəhəri Corat qəsəbəsinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən bildirilib.

Bildirilib ki, buna səbəb ərazidə 500 Şkaf Tipli Qaz Tənzimləyici Məntəqənin (ŞQTM) yenisi ilə əvəz olunmasıdır. Görüləcək işlərlə əlaqədar olaraq, təxminən 1000 abonentin qaz təchizatı bu gün saat 11:30-dan etibarən dayandırılacaq.

Qaz təchizatının təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacağı bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı