Rusiyanın Saratov vilayətində avtobus qəzası baş verib.
Modern.az xəbər verir ki, bu barədə regionun qubernatoru Roman Busargin sosial şəbəkədə bildirib.
Qubernator qəzada xəsarət alanların sayının 10-a çatdğını qeyd edib.
Təcili yardım xidmətlərinin məlumatına görə, avtobusda 2 böyük və 23 uşaq olub. Sürücü həlak olub.
Bütün yaralılar Petrovsk Mərkəzi Rayon Xəstəxanasın aparılıb.
Uşaqlar Yerşovdan Penzaya ekskursiyaya gedirmişlər.