Modern.az

Samuxda “Şanlı zəfərə dönüş nöqtəsi” - FOTOLAR

Samuxda “Şanlı zəfərə dönüş nöqtəsi” - FOTOLAR

Aktual

Bu gün, 13:20

Samux rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Samux rayon təşkilatında Samux Rayon İcra Hakimiyyəti və YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Şanlı zəfərə dönüş nöqtəsi” mövzusunda dəyirmi masa keçirilib.

Modern.az xəbər verir ki, tədbir başlamazdan əvvəl müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Aprel döyüşlərinin Azərbaycan tarixində mühüm yer tutduğunu vurğulayıb. O bildirib ki, 2016-cı ilin aprel ayında baş verən döyüşlər Azərbaycan Ordusunun gücünü, xalq–ordu birliyini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirib. Qeyd olunub ki, bu döyüşlər uzun illər davam edən işğal faktının dəyişməz olmadığını sübut edərək gələcək böyük zəfərlərin əsasını qoyub.

Gündüz Bayramov həmçinin diqqətə çatdırıb ki, Azərbaycan Ordusunun əldə etdiyi uğurların əsasında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs dayanır və bu kurs bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib.

Tədbirdə çıxış edən digər natiqlər – Fidayıl Əliyev, Gəray Bayramov, Namiq Cəfərov və Təhminə Nəsibova Aprel döyüşlərinin tarixi əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, bu döyüşlər Azərbaycan əsgərinin yüksək döyüş ruhunu, vətənpərvərliyini və torpaq uğrunda canından keçməyə hər an hazır olduğunu bir daha nümayiş etdirib.

Sonda şəhidlərin əziz xatirəsi bir daha ehtiramla yad olunub, onların göstərdikləri qəhrəmanlığın xalqımızın yaddaşında əbədi yaşayacağı xüsusi vurğulanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı