Modern.az

Gəncədə cüdo üzrə Avropa Kuboku BAŞLADI

Gəncədə cüdo üzrə Avropa Kuboku BAŞLADI

İdman

Bu gün, 12:28

Gəncədə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku start götürüb.

Modern.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan beynəlxalq yarışda 10 ölkənin 269 cüdoçusu (180 oğlan, 89 qız) iştirak edir.

Turnirin ilk günündə oğlanlar 50, 55, 60, 66 kiloqram, qızlar 40, 44, 48 və 52 kiloqram çəki dərəcələrində mübarizə aparırlar.

Avropa Kubokunda ölkəmizlə yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Tacikistan, Türkiyə və Amerika Birləşmiş Ştatlarının cüdoçuları 16 çəki dərəcəsində qüvvəsini sınayır. Analoji yarışa dördüncü dəfə ev sahibliyi edən Azərbaycan turnirdə 127 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, Gəncə İdman Sarayında gerçəkləşəcək Avropa Kubokuna aprelin 5-də yekun vurulacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı