Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecinin təşkilatçılığı ilə türkologiya sahəsində mühüm hadisələrdən biri olan “I Türkoloji Qurultayın 100 illik yubileyi” münasibətilə “Türkologiyanın dünəni, bu günü və gələcəyi: elmi ənənələr və müasir çağırışlar” adlı beynəlxalq elmi konfrans keçiriləcək.
Modern.az xəbər verir ki, konfransın əsas məqsədi türkologiya elminin inkişaf mərhələlərinin araşdırılması, müasir yanaşmaların və texnologiyaların tətbiqi, dil və ədəbiyyat, tarix və mədəniyyət, təhsil və metodika, eləcə də iqtisadi inteqrasiya istiqamətində aparılan elmi tədqiqatların müzakirəsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və yeni inkişaf istiqamətlərinin müəyyən olunmasıdır.
Konfrans çərçivəsində aşağıdakı əsas istiqamətlər üzrə müzakirələr aparılacaq:
Tarix və mədəniyyət
Müasir yanaşmalar və texnologiya
Təhsil və metodika
Dil və ədəbiyyat
Siyasi və humanitar sahələr
Tədbirdə türk xalqlarının ortaq mədəni dəyərləri, Novruz ənənələri, qədim türk mifologiyası, rəqəmsal dövrdə dillərin qorunması, süni intellektin dilə təsiri, müasir tədris metodları, ədəbiyyatda milli kimlik məsələləri və türk dünyasında iqtisadi inteqrasiya kimi aktual mövzular ətrafında elmi müzakirələr keçiriləcək.
Konfransda iştirak əyani formada nəzərdə tutulur. Tədbirə təqdim ediləcək tezis və məqalələrə müəyyən olunmuş texniki və elmi tələblər tətbiq edilir və seçilmiş işlərin jurnal formasında çap olunması planlaşdırılır.
Tezis və məqalələrin son təqdim olunma tarixi: 20 aprel 2026-cı il
Konfransın keçirilmə tarixi: 13 may 2026-cı il
Maraqlanan şəxslər tezis və məqalələrini aşağıdakı elektron ünvan vasitəsilə təqdim edə bilərlər:
E-mail: [email protected]
Əlaqə telefonu: 070 265 55 54