Modern.az

Qida borusunda metal pul qalan azyaşlı xilas edildi

Qida borusunda metal pul qalan azyaşlı xilas edildi

Aktual

3 Aprel 2026, 13:30

2022-ci il təvəllüdlü azyaşlı (oğlan) qida borusunda metal pulun ilişib qalması səbəbilə valideynləri tərəfindən Xəzər Tibb Mərkəzinə çatdırılıb.

Modern.az xəbər verir ki, kəskin tənəffüs çatışmazlığı ilə aqonal vəziyyətdə Təcili tibbi yardım şöbəsinə yerləşdirilən uşağa ilkin tibbi yardım göstərilib və qida borusunda (özofaqda) yad cismin olduğu müəyyən edilib.

Azyaşlının həyati təhlükəsi nəzərə alınaraq təxirəsalınmaz tibbi müdaxilə qərarı verilib və endoskopik əməliyyat icra olunub. Nəticədə metal pul xüsusi tibbi alətlərlə qida borusundan çıxarılıb.

Bir müddət stasionar şəraitdə həkim nəzarətində saxlanılan azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilib və evə buraxılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı