Modern.az

Ermənistan təhlükəsizliyinin təminatçısı Azərbaycandır - Simonyan

Ermənistan təhlükəsizliyinin təminatçısı Azərbaycandır - Simonyan

Aktual

Bu gün, 19:09

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan müxalifətin ölkənin təhlükəsizlik təminatçısına ehtiyacı olduğu barədə fikirlərinə münasibət bildirərkən diqqətçəkən açıqlama verib.

Modern.az xəbər verir ki, spiker jurnalistlərə açıqlamasında Ermənistanın təhlükəsizliyinin əsas təminatçısının Azərbaycan olduğunu vurğulayıb.

Simonyan əlavə edib ki, müxtəlif qüvvələr Ermənistanla Azərbaycanı yenidən bir-birinə qarşı hərbi qarşıdurmaya cəlb etməyə çalışır:

“Bir çox qüvvələr bizi yenidən müharibəyə sürükləmək istəyir. Lakin bu cəhdlərin qarşısı alınmalıdır”, - o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı