Modern.az

Ordumuz hərəkətə keçdi - Zakir Həsənov hərbçilərin döyüş hazırlığını yoxladı

Ordumuz hərəkətə keçdi - Zakir Həsənov hərbçilərin döyüş hazırlığını yoxladı

Ölkə

Bu gün, 11:02

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun döyüş hazırlığı və şəxsi heyətin peşəkarlığı gündən-günə daha da artırılır.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, MN-in rəhbərliyi və digər vəzifəli şəxslər N hərbi hissəsində keçirilən döyüş atışlı taktiki təlimin gedişatını yoxlayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova xəritə üzərində təlimin mövzusu, mərhələləri və icra olunma ardıcıllığı məruzə edilib.

Qeyd olunub ki, cari ilin hazırlıq planına uyğun olaraq müasir döyüş üsulları nəzərə alınmaqla keçirilən taktiki təlimin əsas məqsədi yeni əməliyyat konsepsiyasına uyğun komandirlərin çevik qərar qəbuletmə qabiliyyətinin artırılması, qarşılıqlı uzlaşma şəraitində bölmələrin idarə edilməsi, eləcə də şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin taktiki fəaliyyətlərini və şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin orduya TƏCİLİ əmr verdi - Müharibə dayandırıldı!