Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev qanunın icrasına davamlı monitorinq aparılmasını təklif edib.
Modern.az xəbər verir ki, deputat parlamentin aidiyyəti şöbələri və müvafiq komissiyalarına müraciət edərək bildirib ki, qanunun tətbiqindən sonra bu sahədə davamlı və sistemli monitorinq aparılmalıdır.
R.Nurullayev qeyd edib ki, icra prosesində ortaya çıxan boşluqlar və açıq qalan məqamlar vaxtında müəyyənləşdirilməli, qanunvericilik səviyyəsində aradan qaldırılmalıdır.
O vurğulayıb ki, əsas məqsəd yalnız tənzimləmə və məhdudiyyətlər tətbiq etmək deyil: “Belə etməliyik ki, bu qanun süni intellektin inkişafına mane olmasın, əksinə, onun yaradıcı və innovativ sahələrdə tətbiqini stimullaşdırsın”.
Spiker Sahibə Qafarova bu təklifə cavab olaraq bildirib ki, təqdim olunan kadrla bağlı məsələlər diqqətdə saxlanılır və deputat Kamal Cəfərov artıq müəyyən müddətdir bu istiqamətdə fəaliyyət göstərir.
Spiker əlavə edib ki, mövzu ilə bağlı işlərin daha da genişləndirilməsi vacibdir