Parlamentin sədri Sahibə Qafarova Türkiyənin Antalya şəhərində parlamentlərarası beynəlxalq futbol turnirində ikinci yerə çıxan Milli Məclis komandasını təbrik edib.
Modern.az xəbər verir ki, spiker bildirib ki, komandanın heyətində Milli Məclisin deputat korpusunun 10 və Milli Məclisin 7 əməkdaşı iştirak edib.
“On hörmətli deputatımız və yeddi nəfər Milli Məclisin əməkdaşları futbol üzrə Türkiyədə, Antalyada turnirdə iştirak etmişdilər və orada da yer tutdular”.
“Sağlam idman insanları birləşdirir. Mən inanıram ki, futbola gedən bütün əməkdaşlarımız daha yaxın olacaq” – S. Qafarova qeyd edib.
Təbriklərdən sonra spiker sözü komandanın rəhbəri Fazil Mustafaya verib. Deputat oyun haqqında geniş məlumat verib.