Ötən gün ABŞ-nin San-Fransisko şəhər polisi OpenAI-ın baş direktoru Sem Altmanın evini yandırmağa cəhd etdiyinə görə 20 yaşlı kişini həbs edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şübhəli Altmanın evinə "Molotov kokteyli" atıb və sonra təhdid etmək üçün şirkətin ofisinə qayıdıb.
Polisin məlumatına görə, şübhəli səhər saat 4:00 radələrində Altmanın evinə "Molotov kokteyli" ataraq darvazaya od vurub. Heç kim xəsarət almayıb. Şübhəli qaçıb və onun təsviri polisə təqdim edilib.
20 yaşlı şübhəli saxlanılıb və ittihamlar irəli sürülür.
OpenAI vəziyyətin nəzarət altında olduğunu və ofislərinin təhlükə altında olmadığını bildirib. Şirkət istintaqa San-Fransisko Polis Departamentinin yanğın bölməsinin rəhbərlik etdiyini bildirib. FTB hadisədən xəbərdar olduğunu və polislə əməkdaşlıq etdiyini bildirib.