Modern.az

Sürücü yoxsa Əzrail?!

Sürücü yoxsa Əzrail?!

Aktual

1 Mart 2016, 16:40

Aləm bir-birinə qarışdı. Sürücünün məsuliyyətsizliyi bizi ani olaraq o biri dünyaya aparıb-gətirdi. Adam, insanlardan üzr istəmək yerinə başladı özünə haqq qazandırmağa. Nə bilim, əyləc nasazmış da, qarajda düzəltmirmişlərmiş də...

Yalan danışdığını o da yaxşı bilirdi, biz də. Çünki, hər şey gözlərimizin qarşısında baş vermişdi. Sürücü, dayanacağa necə sürətlə yaxınlaşdısa, həmin templə də uzaqlaşdı. Digər yoldaşının onun qabaqlamasını istəmirdi.  Gah telefonla zəng edib hədə qorxu gəldi, gah da əlini avtobusun pəncərəsindən çıxarıb nəqliyyat vasitəsini dayandırmasını tələb etdi. Kimsənin də öyüd-nəsihətinə fikir vermədi. Axırı da belə. Avtobusu qarşıdakı avtobusa çırpan kimi sakitləşdi. Ani qəzəb böyük bir təlaş yaratdı.



O sürücü yoldaşını keçsəydi görəsən nə qazanacaqdı? Uzaq başı bir-neçə sərnişin. Bu da edəcəkdi bir-neçə əlavə qəpik. Bəs insan amili?

İctimai nəqliyyatda rastlaşdığım sürücülərin böyük əksəriyyəti kimsəni saya-saymır, avtobusu necə gəldi idarə edir, siqareti-siqaretin ardıyca tüstülədir. Dillənəndə də elə kobud reaksiya verirlər ki, susmağı üstün tutursan. Biz abırımıza qısılıb susduqca da onlar qol-qanad açırlar.

Son günlərin nəqliyyat statistika da avtobus sürücülərinin, sərnişinləri, piyadaları adam yerinə qoymadığını təsdiqləyir. Baş verən qəzaların hamısının səbəbi eynidir. Səhlənkarlıq. Bilmirsən sürücüdürlər ya Əzrail?! Təkcə bir həftə ərzində paytaxt yollarında onların iştirakı ilə 4 qəza hadisəsi qeydə alınıb. Nəticədə 3 nəfər ölüb, 11 nəfər xəsarət alıb. 

Bu xoşagəlməz hallar ictimai nəqliyyatın fəaliyyətinə nəzarət məsələsini aktuallaşdırmalıdır. Ekspertlər vəziyyətdən çıxış yolunu avtobus sürücülərinin maaş sisteminə keçməsində görürlər. Bu təklif reallaşarsa  sürücülər bir-birləri ilə qaçdı-qovdu oynamazlar. Çünki onları insanların təhlükəsızlıyi yox, daha çox pul qazanmaq fikri düşündürür. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?