Modern.az

BDU-nun müəllimi vəfat etdi - FOTO

BDU-nun müəllimi vəfat etdi - FOTO

Allah rəhmət eləsi̇n

22 İyun 2021, 22:08

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Kimyanın tədrisi metodikası kafedrasının müəllimi Məmmədov Nabir Vəli oğlu vəfat edib.

 

Modern.az xəbər verir ki, 57 yaşında dünyasını dəyişən Məmmədov Nabir 1981-ci ildə BDU-nun Kimya fakültəsinə daxil olub. 1988-ci ildən BDU–da kimya fakültəsində Qeyri-üzvi kimya kafedrasında baş laborant işləyib. 1992-1995-ci illərdə həmin kafedranın aspirantı olub. 1995-ci illdən Kimyanın tədrisi metodikası kafedrasında laboratoriya müdiri işləyib. 2003–cü ildən həmin kafedrada müəllim vəzifəsində çalışıb.

 

Allah rəhmət eləsin!

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi