Modern.az

Əməkdar incəsənət xadimi vəfat etdi 

Əməkdar incəsənət xadimi vəfat etdi 

Allah rəhmət eləsi̇n

9 Oktyabr 2022, 19:57

Azərbaycanın Əməkdar İncəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova vəfat edib.

 

Modern.az xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib.

 

Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. 

 

R.Qasımova 2005-ci ildə "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adına, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2019-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna layiq görülüb.

 

Allah rəhmət etsin!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran Bakını müharibə ilə hədələdi