Modern.az

Türkiyədə tanınmış musiqiçi vəfat etdi

Türkiyədə tanınmış musiqiçi vəfat etdi

14 İyun 2023, 13:48

Türkiyənin məşhur musiqiçisi, skripka ifaçısı Suna Kan dünyasını dəyişib.

 

Modern.az "Diken"ə istinadən xəbər verir ki, bu barədə pianoçu Gülsin Onay məlumat verib.

 

2017-ci ilin mayında səhhətində yaranan problemlərlə əlaqədar sənətçi bir müddətdir konsert verə bilmədiyini və "skripkanın qutusunu hələlik - bu dünyadan gedənə qədər" qapatdığını bildirmişdi.

 

Qeyd edək ki, Suna Kan 1936-cı ildə Adanada anadan olub. 5 yaşında olarkən Prezident Sarayının simfoniya orkestrində çalışan atası Nuri Kandan skripka ifa etməyi öyrənməyə başlayıb. Paris Konservatoriyasını fərqlənmə ilə bitirən xanım skripkaçı dünyaca məşhur musiqiçilərdən biri idi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkiandan TƏCİLİ xəbərdarlıq - Tehrandan çıxın!