İmişli şəhər N.Şirinov adına 5 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin direktoru, Əməkdar müəllim Validə Ziliş qızı Zülfüqarova vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə məktəbin yaydığl məlumatda bildirilib.
Məlumata görə, təhsilimizin inkişafında xüsusi xidmətləri olan Validə Zülfüqarovanın rəhbərlik etdiyi təhsil müəssiəsi uğurlu təlim-tərbiyə göstəricilərinə görə "İlin məktəb-liseyi" olub. Validə müəllimə peşəkar pedaqoq, nüfuzlu məktəb-lisey rəhbəri olmaqla bərabər, ictimai işlərdə həmişə öndə olan, fəal Azərbaycan qadını idi. Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatında Qadınlar Şurasının sədri kimi regionda uğurlu işlər aparırdı.
Allah rəhmət eləsin.