Modern.az

Məşhur pambıqçı Fatma Abdullayeva vəfat etdi

Məşhur pambıqçı Fatma Abdullayeva vəfat etdi

Allah rəhmət eləsi̇n

16 Oktyabr 2025, 09:24

Məhşur pambıq ustası, Sosialist əməyi qəhrəmanı Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olmuş Fatma Rza qızı Abdullayeva vəfat edib.

Modern.az xəbər verir ki, o bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, o, 2002-ci ildə iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

2017-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub. (Mənbə APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ