Modern.az

Dini Komitənin Aparat rəhbəri vəfat etdi

Dini Komitənin Aparat rəhbəri vəfat etdi

Allah rəhmət eləsi̇n

24 Oktyabr 2025, 09:04

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov ötən gecə vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə mərhumun iş yoldaşları bildiriblər.

N.Qurbanovun 3 gün əvvəl 65 il yaşı tamam olubmuş. O, nasir və kinodramaturq Əhmədağa Muğanlının oğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Araz Qurbanovun qardaşı idi.

Nəriman Qurbanov əvvəllər Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatının rəhbəri, dövlət qulluğunun baş müşaviri idi...

Nəriman Qurbanov respublikanın ictimai-siyasi həyatında və əməkdə fərqləndiyinə görə 2010-cu ildə "Dövlət qulluğunda fərqlənməyə görə", 2012-ci ildə "Tərəqqi" və 2017-ci ildə "Azərbaycan Respublikasının Əməkdar dövlət qulluqçusu" medalları ilə təltif olunmuşdu.

Allah rəhmət eləsin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?