Modern.az

Alim-redaktor vəfat etdi

Alim-redaktor vəfat etdi

Allah rəhmət eləsi̇n

8 Dekabr 2025, 23:04

Memarlıq və İnşaat Universitetində Azərbaycan dili və pedaqogika kafedrasının dosenti, filologiya elmləri namizədi Akif Hacıyev vəfat edib.

Bu barədə Modern.az-a mərhumun dostları məlumat veriblər

Akif Hacıyevin uzun sürən ağır xəstəlik səbəbindən dünyasını dəyişdiyi qeyd edilib.

Akif Hacıyev həm də jurnalistika sahəsində çalışırdı. O, əvvəllər Qəbələdə çıxan “Qalibiyyət” qəzetində, daha sonra keçmiş “Kommunist” qəzetində çalışıb.

Mərhum son günlərədək Azərbaycan Memarlıq və İnşaat Universitetində nəşr olunan "İnşaatçı kadrlar" qəzetinin redaktoru işləyirdi.

Akif Nemət oğlu Hacıyev 1950-ci il fevralın 4-də Qəbələ rayonunun Çarxana kəndində dünyaya gəlib.

Allah rəhmət eləsin!

Whatsapp
Bizə yazın!
Keçid et
Parlamentdə deputatlar arasında GƏRGİNLİK