“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının “Cabbar Həşimov” gəmisinin kapitanı İlqar Əhəd oğlu Dadaşov vəfat edib.
Modern.az xəbər verir ki, bununla bağlı ASCO-nun feysbuk hesabında məlumat paylaşılıb.
Qeyd edək ki, 61 yaşlı İ.Dadaşov əmək fəaliyyətinə 1985-ci ildə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində matros kimi başlayıb. 2009-cu ildən səfərlərə kapitan kimi çıxıb, 2017-ci ildən isə “Cabbar Həşimov” tankerinə kapitanlıq edib.